Ümumi məlumat | Montaj | Modellər | Nümunələr |
- Məhsullarımız sıvanmış, alçılı, alçipan vurulmuş divarlara, fayans və seramik üzərinə rahat yapışdırıla bilər;
- Tətbiq olunacaq səth quru, təmiz və varsa yağ və s.-dən təmizlənmiş olmalıdır. Məhsul lama istiqamətində çox elastik deyildir. Yapışdırılacaq səthdə lama boyunca 5 – 6 mm-dən çox pozuqluq və uzun aralıqda dalğavarilik olmamalıdır. Bu tip qüsurlar varsa,məsələn gips ilə qismən yamaq edilərək düzəldilməlidir. Səthin düzgünlüyü həm yapışdırıcıya qənaət, həm də görünüş baxımından əhəmiyyətlidir;
- Yapışdırıcı divara sürtülmədən əvvəl, səth üzərinə qoyulub problem olmadığı yoxlanılmalıdır;
- Yapışdırıcı tətbiq olunacaq səthə, səthin düzgünlüyündən asılı olaraq, 1-6 mm qalınlıqda dişli daraqla çəkilməlidir;
- Yapışdırıcı səth üzərinə vurulduqdan sonra ən gec 15-20 dəq. sonra bambuq örtük yapışqanlı səthə yapışdırılmalıdır;
- Örtük səthə tətbiq olunduqdan sonra,yapışdırıcı tam quruyana qədər (orta hesabla 6-10 saat), ehtimal sürüşmələrin qarşısını almaq üçün təpə nöqtələrdən 2-3 ədəd polad beton mıxı ilə müvəqqəti olaraq tutdurulması məsləhət görülür;
- Tətbiq olunduqdan sonra,lamalar aralarından sızan yapışdırıcı varsa nəm əsgi ilə silinə bilər;
- Bitmə və birləşmə yerlərində məhsulun özündən istifadə oluna bilər;
- Təhlükəsizlik baxımından, çox ağır güzgü, şəkil kimi əşyalar məhsulun üzərinə birbaşa yapışdırılmamalı, divardan dəstək alacaq şəkildə mıxlanaraq asılmalıdır.