Ümumi məlumatMontajModellərNümunələr
    

 

Dekorativ Divar Panelləri – taxta olduğu üçün bir qayda olaraq ətraf mühitlə nəmişlik tarazlığını

qoruması məqsədilə tətbiq olunacağı məkanlardan asılı olaraq 48 saat və ya minimum 24 saat dik vəziyyətdə

saxlanılmalıdır. Tətbiq olunacaq səth rütubət olarsa, ilk növbədə bunun aradan qaldırılması lazımdır.

Karkas üzərinə montaj olunduqda isə səthin karkasları montaj olunacaq vəziyyətdə olması kifayətdir.

Yapışdırma ilə montaj olunduqda səthin təmiz və quru olması lazımdır.

Montaj və Tətbiq olunma Forması

   A) Karkas üzərinə montajı:

   İstifadə olunacaq karkaslar minimum 4,5 cm enin-də – 1,5-2 cm qalınlığında olmalıdır. Karkaslar dik olaraq

   40 cm aralıqlarla onun üzərinə vurulacaq lövhənin genişliyi nəzərə alınacaq şəkildə vurulmalıdır;

   Tavan və döşəmədən 2 cm hava boşluğu buraxılmalıdır. Panellər karkas üzərinə divara yaxın kənarından

   başlayaraq 25 cm aralıqlarla vurulmalıdır.

   B) Birbaşa səthə yapışdırma:

   Yapışdırılacaq səth təmiz və quru olmalıdır. Səth üzərində mıx və s. varsa təmizlənməlidir;

   Yapışdırıcı olaraq 2 kompanentli poliuretan yapışdırıcı istifadə olunması məsləhətdir.

 

   Panellər yan-yana vurulduqda naxışlar bir-birini tamamlayır. Lazım olduqda lövhələrin birləşdikləri yerlər

   təmir pastaları ilə doldurula bilər.